Azərbaycanda gecə saatlarında bir ev və iki avtomobil yanıb

Azərbaycanda gecə saatlarında bir ev və iki avtomobil yanıb
# 12 may 2013 05:05 (UTC +04:00)

Bakı-APA. Azərbaycanda gecə saatlarında bir ev və iki avtomobil yanıb. APA-nın FHN-nə istinadən verdiyi xəbərə görə, Lənkəran şəhərində vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin 1 otağının və aynabəndinin yanar konstruksiyaları 50 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 02:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Həmçinin, Bakı şəhəri, Pirallahı rayonunda vətəndaşa məxsus “VAZ” markalı minik avtomobilinin salonu yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 02:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bundan başqa, Mingəçevir şəhərində vətəndaşa məxsus “VAZ” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 03:59-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR