Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.
AMB-dən "APA-Economics"ə verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi avqust ayının 10-u ilə müqayisədə 0,14% artaraq 1,6062 manat səviyyəsinə yüksəlib.
Avro manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 0,3% möhkəmlənərək 1,7938 manat olub.
Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl 0,0248 manat səviyyəsində qalıb.
Türkiyə lirəsinin məzənnəsi 0,1% möhkəmlənərək 0,5428 manat olub.
Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,0896 manatdır. Beləliklə, funt sterlinq 0,3%-lik ucuzlaşma nümayiş etdirib.
Gürcüstan larisinin məzənnəsi 0,14% artaraq 0,6844 manat təşkil edib.