Bakı. Könül Kamilqızı - APA. Səhiyyə Nazirliyi Şirvanda Müdafiə Sənayesi Nazirliyinə aid zavodda qeydə alınan partlayışla bağlı səhiyyə müəssisələrini səfərbər edib.
Bu barədə APA-ya Səhiyyə Nazirliyindən bildirilib. Məlumata görə, bu vaxta kimi Bakıdan əlavə 5 təcili yardım briqadası Şirvana göndərilib.
Onlardan 2-si artıq hadisə yerinə çatıb.
APA-nın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, partlayış nəticəsində xəsarət alan 10-a yaxın şəxs Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.
***
15:39
Şirvan. Əlibəy Zeynallı - APA. Şirvan şəhərində güclü partlayış baş verib.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Müdafiə Sənayesi Nazirliyinə aid zavodda qeydə alınıb.
Partlayış nəticəsində yanğın başlayıb. Hazırda Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları hadisə yerindədir.