Gəncədə iki avtomobil toqquşub, üç nəfər xəsarət alıb

Gəncədə iki avtomobil toqquşub, üç nəfər xəsarət alıb
# 23 iyun 2016 11:43 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncədə üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat qəzası başverib. APA -nin qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Şəhər sakini, 1993-cü il təvəllüdlü Səfər Camalovun idarə etdiyi BMW ilə 1978-ci təvəllüdlü Səbuhi Hüseynov sürdüyü “Opel” markalı avtomobi toqquşub. Qəza zamanı BMW-nin sürücüsü Ssəfər Camalov müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir. “Opel”-in sürücüsü Səbuhi Hüseynov və onun həyat yoldaşı Cahanə Hüseynova yüngül bədən xəsarətləri alıblar. Onlar da müayinə üçün xəstəxanalardan birinə aparılıb, vəziyyətlərinin normal olduğu bildirilir.


İlkin məlumata görə, qəzaya səbəb BMW-nin işıqforun qırmızı işığında hərəkət etməsi olub.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR