İranda Abbas Lisaninin məhkəməsi keçirilib
06 iyun 2012 16:01 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İranda azərbaycanlıların hüquqları uğrunda mübarizə aparan Abbas Lisaninin məhkəməsi keçirilib. APA-nın məlumatına görə, proses iyunun 5-də Ərdəbil İnqilab Məhkəməsinin beşinci şöbəsində baş tutub. Azərbaycanlı fəala qarşı dövlət sistemi əleyhinə təbliğat aparmaq, 2011-ci il sentyabrın 12-də Urmiya gölünün quruması ilə bağlı xalqı aksiyalara çağıran müxtəlif bildirişlərin paylanmasını təşkil etmək, təşkilatlar yaradaraq sistemin və ölkənin sabitliyini pozmaq, Sulduzda 2006-ci il may hadisələri zamanı qətlə yetirilən şəxslərin məzarı başında, habelə Savalan dağı mərasimində çıxış etmək və başqa mərasimlərə qatılmaq və s. ittihamlar irəli sürülüb. Ancaq Abbas Lisani ona qarşı irəli sürülmüş bütün ittihamları rədd edib. Məhkəmənin hökmü açıqlanmayıb.
Hadisə
Nohur gölündə suyun səviyyəsinin endirilməsi istiqamətində tədbirlər davam etdirilir - VİDEO
14:27
18 may 2024
Paytaxtın mərkəzi küçələrində “kokain” və “ekstazi” həblərinin satışını təşkil etmək istəyən şəxs saxlanılıb - VİDEO
14:13
18 may 2024
Bakıda usta işlədiyi evlərdən oğurluq edən şəxs saxlanılıb - VİDEO
13:12
18 may 2024
Şirvanda 6 ev və obyektdən oğurluq edən şəxs saxlanılıb
12:14
18 may 2024