Baş Prokurorluğun nümayəndə heyəti BMT-nin regional tədbirində iştirak edib
21 sentyabr 2012 14:42 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Baş Prokurorluğun nümayəndə heyəti BMT-nin regional tədbirində iştirak edib. Baş prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sentyabrın 13-14-də Ukraynanın Odessa şəhərində BMT-nin Narkotiklər və Cinayətkarlığa qarşı mübarizə üzrə Ofisi və Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilatın (GUAM) birgə təşkilatçılığı ilə “Milli səviyyədə çirkli pulların yuyulmasının qarşısının alınması və əks tədbirlərin görülməsi üzrə qurumlararası əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi” mövzusunda regional seminar keçirilib.
Seminarın işinə GUAM-a üzv dövlətlərin (Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova) nümayəndə heyətləri ilə yanaşı Böyük Britaniya, İtaliya, Macarıstan, Litva və digər ölkələri təmsil edən nümayəndələr də qatılıblar.
Tədbirdə Azərbaycan Respublikası Baş prokurorunun xüsusi tapşırıqlar üzrə köməkçisi Orxan İsayev çıxış edərək cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılmasına qarşı mübarizə sahəsində Azərbaycanda həyata keçirilən qanunvericilik və institusional tədbirlər, o cümlədən qeyd olunan kateqoriyadan olan cinayət işləri üzrə aparılan araşdırmaların xüsusiyyətləri barədə, həmçinin cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması ilə əlaqədar Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsində istintaq olunmuş cinayət işləri barədə ətraflı məlumat verib, tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıb.

Hadisə
Nohur gölündə suyun səviyyəsinin endirilməsi istiqamətində tədbirlər davam etdirilir - VİDEO
14:27
18 may 2024
Paytaxtın mərkəzi küçələrində “kokain” və “ekstazi” həblərinin satışını təşkil etmək istəyən şəxs saxlanılıb - VİDEO
14:13
18 may 2024
Bakıda usta işlədiyi evlərdən oğurluq edən şəxs saxlanılıb - VİDEO
13:12
18 may 2024
Şirvanda 6 ev və obyektdən oğurluq edən şəxs saxlanılıb
12:14
18 may 2024