12 gün əvvəl yol qəzasında yaralanan 26 yaşlı Sumqayıt şəhər sakini bu gün xəstəxanada ölüb.
APA xəbər verir ki, hadisə Kürdəmir ərazisində baş verib. İki avtomobilin toqquşması nəticəsində yaralanan sürücülərdən biri, Sumqayıt şəhər sakini 1997-ci il təvəllüdlü Sənan Vüqar oğlu Kərimov müalicə aldığı xəstəxanada bu gün ölüb.
Fakt araşdırılır.