Bank Of Baku

Ağdaş sakinindən qanunsuz saxladığı odlu silah götürülüb

Ağdaş sakinindən qanunsuz saxladığı odlu silah götürülüb
# 24 noyabr 2023 18:34 (UTC +04:00)

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində növbəti tədbir keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, keçirilmiş tədbirlərlə rayon sakinindən müvafiq sənədləri olmayan “TOZ” markalı ov tüfəngi götürülüb.

Qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək ağır cinayətlərin qarşısının alınması məqsədilə polis əməkdaşları tərəfindən zəruri bilinən əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR