Bank Of Baku

Ağdaşda bələdiyyə sədri inzibati məsuliyyətə cəlb olunub

Ağdaşda bələdiyyə sədri inzibati məsuliyyətə cəlb olunub
# 23 noyabr 2023 00:49 (UTC +04:00)

Ağdaşda bələdiyyə sədri və obyekt icarədarı inzibati məsuliyyətə cəlb olunub

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, Ağdaş Rayon Polis Şöbəsinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının birgə iştirakı ilə keçirilən tədbirlər zamanı rayonun Qarağan Sədi və Xınaxlı kəndlərinin ərazisində məişət tullantılarının qalaqlanması faktları aşkar edilib.

Aşkar edilmiş faktlarla bağlı Qarağan Sədi kəndində obyekt icarədarı, Xınaxlı kəndində isə bələdiyyə sədri barəsində İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsi ilə protokol tərtib olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR