DİN Ağsu dolayında baş verən yol qəzası barədə məlumat yayıb.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan APA-ya bildirilib ki, noyabrın 6-da saat 09:30 radələrində Ağsu dolaylarında Həsən Həsənlinin idarə etdiyi “Mercedes” markalı avtomobil dərəyə aşıb.
Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində avtomobildə olan sərnişinlər - 1974-cü il təvəllüdlü Xangəldiyev Əmir Ağaxan oğlu və onun 2008-ci il təvəllüdlü oğlu M.Xangəldiyev aldıqları xəsarətlərdən hadisə yerində ölüblər. Sürücü isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır.
***
10.54
Ağsu dolaylarında qəza baş verib.
APA-nın Şirvan bürosu xəbər verir ki, ilkin məlumatlara əsasən, hadisə nəticəsində “Mercedes” markalı avtomobil aşıb.
Nəticədə Ağsu rayonu Cəlayır kəndindən olan 1974-cü il təvəllüdlü Xangəliyev Əmir Ağaxan oğlu və 2008-ci il təvəllüdlü Xangəliyev Məsud Əmir oğlu ölüb, Ağsu rayon Padar kənd sakini 1999-cu il təvəllüdlü Həsənli Həsən Nazim oğlu ağır yaralanıb. Ölənlər ata və oğuldur. Faktla bağlı araşdırma aparılır.
Əlavə məlumat veriləcək.
İlham Əhmədov
Xədicə Səxavət