Bank Of Baku

Anasını naqillə boğaraq öldürən şəxsin cinayət işi məhkəməyə göndərilib

Anasını naqillə boğaraq öldürən şəxsin cinayət işi məhkəməyə göndərilib
# 07 noyabr 2023 17:56 (UTC +04:00)

Qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib.

Ucar rayon prokurorluğundan APA-ya verilən məlumata görə, cari il avqustun 18-də Ucar rayon Qaradağlı kənd sakini 1981-ci il təvəllüdlü Şəlalə Qurbanovanın öldürülməsi faktı üzrə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.

İstintaqla 2000-ci il təvəllüdlü Faiq Qurbanovun aralarında yaranmış mübahisə zamanı anası Şəlalə Qurbanovanı yaşadığı evdə naqillə boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faiq Qurbanova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR