Bank Of Baku

Azərbaycanda İİV-ə yeni yoluxanların sayı açıqlanıb

Azərbaycanda İİV-ə yeni yoluxanların sayı açıqlanıb
# 17 noyabr 2023 17:03 (UTC +04:00)

Respublika QİÇS-lə Mübarizə Mərkəzinin verdiyi məlumata əsasən ölkədə narkomanların İnsanın İmmunçatışmazlığı Virusuna yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur.

APA xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının məlumatında deyilir.

Məlumata əsasən, ötən 10 ay ərzində İİV-ə 764 nəfər yoluxub. Onlardan 736 nəfəri Azərbaycan vətəndaşları, 28 nəfəri isə əcnəbilər olub.

Azərbaycan vətəndaşları arasında 62 nəfəri (8,4 %-i) İnyekson Narkotik İstifadəçiləri olub.

O da bildirilib ki, Səhiyyə Nazirliyinin məlumatına əsasən hesabat dövründə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 74296 nəfər istiqamətləndirilib.

Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilib 2140 nəfərdən 1228 nəfəri istifadəçi olması müəyyən olunub və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR