Ədliyyə Nazirliyi İcra Baş İdarəsinin Bakı Ağır Cinayətlər Məhkəməsində icra şöbəsinə rəis təyin edilib.
APA xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.
Əmrə əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsində İcra şöbəsinin rəisi vəzifəsinin icrası kiçik ədliyyə müşaviri Ziya İsmayılzadəyə həvalə olunub.
Bundan əvvəl Ziya İsmayılzadə Sabunçu rayon Məhkəməsində İcra şöbəsinin rəis müavini vəzifəsində çalışıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində İcra şöbəsinin rəisi vəzifəsinə 2 ilə yaxındır təyinat olmayıb.