Bank Of Baku

Bakı sakini tapdığı xeyli silah-sursatı polisə təqdim edib - FOTO

Bakı sakini tapdığı xeyli silah-sursatı polisə təqdim edib - FOTO
# 31 oktyabr 2023 16:03 (UTC +04:00)

Vətəndaşlarda olan döyüş silahlarının könüllük əsasında təhvil verilməsi üçün əhali arasında aparılan profilaktik tədbirlər davam etdirilir.

DİN-dən APA-ya verilən məlumata görə, Xətai rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə müraciət edən paytaxt sakinlərindən biri aşkar etdiyi silah-sursatı könüllü polisə təhvil vermək istədiyini bildirib.

Polis vətəndaşın qeyd etdiyi ünvana gəlib və oradan 1 ədəd “Makarov” markalı tapança, 3 ədəd daraq, 108 ədəd müxtəlif çaplı patron, 2 ədəd əl qumbarası və 5 ədəd alışqan (zapal) aşkar edib.

Məlumat verən vətəndaşa qarşı heç bir cəza təhdidi görülməyib. Polisə vaxtında məlumat verdiyi üçün ona təşəkkür edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR