Bank Of Baku

Bakıda çay evində yanğın olub

Bakıda çay evində yanğın olub
# 01 noyabr 2023 09:25 (UTC +04:00)

Bakı şəhərinin Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 70 m² olan çay evinin mətbəxinin yanar konstruksiyaları 5 m² sahədə, dəhlizə quraşdırılan 1 ədəd elektrik açarı, sanitar qovşağının və şaxtasının plastikdən ibarət qapısı yanıb.

APA FHN-in saytına istinadən xəbər verir ki, yüksək temperaturdan sanitar qovşağın lambirdən ibarət tavanı 1 m² sahədə əriyib.

Çay evinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR