Bank Of Baku

Bakıda inşaat materialları bazarı yanır - FOTO - VİDEO - YENİLƏNİB-5

Bakıda inşaat materialları bazarı yanır  - FOTO  - VİDEO  - YENİLƏNİB-5
# 23 noyabr 2023 08:07 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində havanın küləkli olmasına baxmayaraq Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospektində yerləşən inşaat materialları bazarında baş vermiş yanğın nəzarət altına alınıb.

Nazirliyin mətbuat xidmətindən APA-ya bildirilib ki, yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

APA xəbər verir ki, hazrıda Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdirləri, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev yanğın ərazisindədirlər.

***

07.25

Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospektində yerləşən inşaat materialları bazarında baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.

APA xəbər verir ki, yanğının söndürülməsi üçün əraziyə kifayət qədər texnika və canlı qüvvə cəlb olunub.

Əlavə məlumat veriləcək.

***

06.33

Bakının Binəqədi rayonunda inşaat materialları bazarında yanğın zamanı bir nəfər xəsarət alıb.

Bu barədə APA-nın hadisə yerində olan müxbiri xəbər verir.

***

06.16

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospektində inşaat materialları bazarında yanğın olması barədə ilkin məlumat daxil olub.

APA xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

***

06.04

Bakının Binəqədi rayonunda güclü yanğın hadisəsi başlayıb.

APA xəbər verir ki, hadisə Dərnəgül şosesində yerləşən taxta bazarında qeydə alınıb.

Havanın küləkli olması yanğının geniş vüsət almasına səbəb olub. Hazırda əraziyə FHN-nin 10 texnikası cəlb edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR