Bank Of Baku

Bakıda maşın beton arakəsməyə çırpılıb, xəsarət alan var

Bakıda maşın beton arakəsməyə çırpılıb, xəsarət alan var
# 18 noyabr 2023 08:04 (UTC +04:00)

Abşeron rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, qəza Bakı-Sumqayıt şossesində qeydə alınıb.

Belə ki, paytaxt istiqamətində hərəkətdə olan "Honda" və "Mercedes" markalı minik avtomobilləri toqquşub.

"Mercedes" markalı minik avtomobilinin sürücüsü idarəetməni itirərək maşını beton arakəsməyə çırpıb. Hər iki avtomobilə ciddi ziyan dəyib. İlkin məlumata görə, hadisə nəticəsində bir nəfər xəsarət alıb.

Əraziyə DYP əməkdaşları cəlb edilib. Hadisənin təfərrüatı araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR