Bank Of Baku

Bakıda mənzildən 15 min manatlıq qızıl və xeyli pul oğurlanıb

Bakıda mənzildən 15 min manatlıq qızıl və xeyli pul oğurlanıb
# 17 noyabr 2023 11:25 (UTC +04:00)

Bakıda mənzildən oğurluq edilib.

DİN-dən APA-ya verilən məlumata görə, Binəqədi rayonu ərazisində mənzillərin birindən 5000 manat, 2700 ABŞ dolları pul və 15.000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.

Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən Bərdə rayon sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Həsən Əfəndizadə müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR