Bakının Xəzər rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.
APA xəbər verir ki, hadisə Şağan qəsəbəsi ərazisində qeydə alınıb.
Elmir Əliyev yolu keçərkən onu minik avtomobili vurub. Yaralı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktı Xəzər Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.