Bank Of Baku

Bakıda ticarət obyektindəki yanğın tam söndürülüb - YENİLƏNİB-2 - FOTO

Bakıda ticarət obyektindəki yanğın tam söndürülüb - YENİLƏNİB-2  - FOTO
# 24 noyabr 2023 00:44 (UTC +04:00)

Xəbər verildiyi kimi, Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsində yerləşən üçmərtəbəli ticarət obyektində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

APA xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Yanğın nəticəsində ümumi sahəsi 880kv.m olan mansard tipli üç mərtəbə və zirzəmidən ibarət ticarət mərkəzinin taxta konstruksiya və ondulin dam örtüyündən ibarət mansardı 220 kv.m sahədə yanıb.

Ticarət mərkəzinin böyük hissəsi yanğından mühafizə edilib.

***

23.11.2023

Saat 21:12

Havanın küləkli olmasına baxmayaraq, yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsində yerləşən üçmərtəbəli ticarət obyektində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə tam söndürülüb.

APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

***

Saat 20:48

Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsində yerləşən üçmərtəbəli ticarət obyektində yanğın tam söndürülüb.

APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, havanın küləkli olmasına baxmayaraq, yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində üçmərtəbəli obyektdə baş vermiş yanğın qısa müddətdə məhdudlaşdırılıb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

Saat 20:29

Bakı şəhəri, Binəqədi rayonu Süleyman Sani Axundov küçəsindəki obyektdə yanğın başlayıb.

APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR