Bank Of Baku

Belarusdan ekstradisiya edilən şəxsin cinayət işi məhkəməyə göndərilib

Belarusdan ekstradisiya edilən şəxsin cinayət işi məhkəməyə göndərilib
# 07 noyabr 2023 17:51 (UTC +04:00)

Belarusdan Azərbaycana ekstradisiya edilən Ağasəmid Məhərrəmov barəsində olan cinayət işi üzrə ibtidai istintaq tamamlanıb.

APA xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Cavid Hüseynovun icraatına verilib.

Qeyd edək ki, iyunun 8-də Baş Prokurorluğun vəsatəti əsasında Belarus Baş Prokurorluğu tərəfindən Azərbaycan vətəndaşı Məhərrəmov Ağasəmid Fərzulla oğlunun ölkəmizə ekstradisiyası haqqında qərar qəbul edilib.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən istintaqı aparılan cinayət işi üzrə Ağasəmid Məhərrəmovun dələduzluq, həmçinin, rəsmi sənədləri hazırlama və saxta sənədlərdən istifadə etmə cinayətlərini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə barəsində beynəlxalq axtarış elan edilib.

A.Məhərrəmov Cinayət Məcəlləsinin 178.3.2 (Dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR