Bank Of Baku

Bərdədə avtomobil yük maşını ilə toqquşub, ölən var - FOTO

Bərdədə avtomobil yük maşını ilə toqquşub, ölən var - FOTO
# 13 noyabr 2023 17:13 (UTC +04:00)

Bərdədə ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın yerli bürosu xəbər verir ki, hadisə rayonun Yeni Daşkənd kəndində qeydə alınıb. Bərdə rayonu Hacallı kənd sakini, 1986-cı il təvəllüdlü Məhərrəmov Elməddin Məhəmməd oğlunun idarə etdiyi 09-BB-293 dövlət nömrə nişanlı, "VAZ 2106" markalı minik avtomobili 1972-ci il təvəllüdlü Cabbarov Təhsin Məhərrəm oğlunun idarə etdiyi "KamAZ" markalı yük maşını ilə toqquşub.

Nəticədə minik avtomobilinin sürücüsü E.Məhərrəmov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR