Bank Of Baku

Beyləqanda avtomobil kanala aşıb, Türkiyə vətəndaşları xəsarət alıb - YENİLƏNİB

Beyləqanda avtomobil kanala aşıb, Türkiyə vətəndaşları xəsarət alıb - YENİLƏNİB
# 07 noyabr 2023 10:17 (UTC +04:00)

Beyləqanda baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar polis əməkdaşları tərəfindən müvafiq araşdırmalara başlanılıb.

Bu barədə APA-ya DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı bildirib.

"Hazırda faktla bağlı Beyləqan Rayon Polis Şöbəsində istintaq davam etdirilir", - o deyib.

***

09:17

Beyləqanda avtomobil su kanalına aşıb, Türkiyə vətəndaşları xəsarət alıb

Beyləqanda yol qəzası zamanı 3 Türkiyə vətəndaşı xəsarət alıb.

APA xəbər verir ki, Türkiyə vətəndaşı Murad Kavaklı idarə etdiyi "Mitsubishi L 200" markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirərək yeni tikilən beton su kanalına aşıb.

Nəticədə sürücü, Türkiyə vətəndaşları - Kamal Çelik, Əmrə Bakıçı və Gəncə şəhər sakini Emin Məmmədov xəsarət alıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR