Bank Of Baku

Biləsuvarda 8 yaşlı qız qidadan zəhərlənərək ölüb

Biləsuvarda 8 yaşlı qız qidadan zəhərlənərək ölüb
# 10 noyabr 2023 15:22 (UTC +04:00)

Biləsuvar rayonunda azyaşlının qidadan zəhərlənməsi ölümlə nəticələnib.

APA -nın cənub bürosunun verdiyi xəbərə görə hadisə rayonun Təzəkənd kəndində baş verib.

2015-ci il təvəllüdlü Tellixanım Anar qızı Məmmədli ağır vəziyyətdə, zəhərlənmə diaqnozu ilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yeniyetmə qıza göstərilən bütün tibbi yardımlara baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, T.Məmmədova dünən ailəsi ilə birgə, ev şəraitində hazırlanan kələm şorabası yeyib. Bundan sonra o özünü pis hiss edib. Ehtimal olunur ki, azyaşlının zəhərlənməsinə məhz kələm şorabası səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR