Bank Of Baku

Binəqədi rayonunda yanğın olub

Binəqədi rayonunda yanğın olub
# 12 noyabr 2023 18:35 (UTC +04:00)

Bakı şəhərinin Binəqədi rayonunda hasara alınmış ərazidə taxta və məişət tullantıları 30 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən xəbərə görə, yüksək temperaturdan yaxınlıqda ümumi sahəsi 100 m² olan avtomobil təmiri sexinin lambirdən ibarət tavanı 50 m² sahədə əriyib və sahəsi 600 m² olan talvarın şiferdən ibarət dam örtüyü 20 m² sahədə dağılıb.

Sexin və talvarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR