Bank Of Baku

Cəlilabadda yol qəzası baş verib, yaralılar var - YENİLƏNİB

Cəlilabadda yol qəzası baş verib, yaralılar var - YENİLƏNİB
# 02 noyabr 2023 00:07 (UTC +04:00)

Cəlilabadda traktorla "VAZ 2106" markalı nəqliyyat vasitəsinin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, qəza nəticəsində 1960-cı il təvəllüdlü Natiq Mirzəyev, 1982-ci il təvəllüdlü Elşən Quliyev, 2002-ci il təvəllüdlü Murad Bayramov və 2006-ci il təvəllüdlü İsmayıl Bayramov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı araşdırmalar davam etdirilir.

***

20.13

Cəlilabadda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Cənub bürosunun verdiyi məlumata görə, hadisə Cəlilabad-Boyxanlı avtomobil yolunun Əliqasımlı-Bədirli kəndləri arasında qeydə alınıb.

Traktorla "VAZ-2106" markalı avtomobil toqquşub. Toqquşma nəticəsində "VAZ-2106" yoldan çıxaraq əkin sahəsinə düşüb. Qəzada yaralıların olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR