Bank Of Baku

DİN Cəlilabadda baş verən bıçaqlanma ilə bağlı açıqlama verib - YENİLƏNİB

DİN Cəlilabadda baş verən bıçaqlanma ilə bağlı açıqlama verib - YENİLƏNİB
# 04 noyabr 2023 09:57 (UTC +04:00)

Cəlilabadda baş verən bıçaqlanma ilə bağlı DİN açıqlama verib.

Sorğuya cavab olaraq DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA - nın cənub bürosuna bildirilib ki, həmin əməli törətməkdə şübhəli bilinən Günəşli kənd sakini Aydın İmanzadə saxlanılıb. Hadisə şəxsi münasibətlər zəminində baş verib. Hazırda faktla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır.

***

08:35

Cəlilabad rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA-nın Cənub bürosunun məlumatına görə, rayon sakini, 1981-ci il təvəllüdlü Mahir Zeynalov bel nahiyəsindən bıçaqlanıb.

Xəsarət alan M.Zeynalov Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hazırda hadisənin kim tərəfindən törədilməsi və bıçaqlanmanın səbəbləri dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR