Bank Of Baku

FHN: Bakıda taxta bazarında yanğının yayılmasının qarşısı alınıb

FHN: Bakıda taxta bazarında yanğının yayılmasının qarşısı alınıb
# 23 noyabr 2023 08:14 (UTC +04:00)

Saat 05:41 dəqiqədə FHN-in 102-i xidmətinə taxta bazarında yanğın baş verməsi ilə bağlı məlumat daxil olub.

APA xəbər verir ki, bunu Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini, polkovnik Rza Xudiyev deyib.

O bildirib ki, məlumat daxil olandan 4 dəqiqə sonra yaxınlıqda olan bölmələr hadisə yerinə çatıb:

"Yanğınla bağlı yüksək çağırış elan edilib. Havanın küləkli olması, həmçinin, yanğın mənbəyinin yüksək gərginlikli elektrik xətlərinin altında olması yanğınsöndürənlərin həyatına təhlükə yaradıb və yanğının söndürülməsi çətinləşib. Havanın küləkli olması yanğını böyük sahələrə yayaraq yanğın yerində 3 mənbə yaradıb. Yanğın sahəsi 4000 kvadrat metrdən çoxdur. Hal-hazırda bütün istiqamətlərdə yanğın perimetr boyunca tam əhatə alınıb. Hər yerdən lülələr verilib, mühafizə olunur. Yanğının yayılmasının qarşısı alınıb".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR