Bank Of Baku

FHN: Ötən sutka 17 yanğına çıxış olub, 3 nəfər xilas edilib

FHN: Ötən sutka 17 yanğına çıxış olub, 3 nəfər xilas edilib
# 22 noyabr 2023 10:37 (UTC +04:00)

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

APA xıbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.

Xəbərə görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 17 yanğına çıxış və 3 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən sutka ərzində 3 nəfər xilas edilib, Xəzər dənizində yerləşən 18 və 60 saylı stasionar dəniz özüllərində 26 nəfər işçi “Vixr-5” gəmisi ilə təxliyə edilib. Həmçinin, 1 nəfərin meyiti bağlı qapı arxasında aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR