Bank Of Baku

Gəncə sakinini bıçaqlayan şəxsin kimliyi müəyyən edilib - YENİLƏNİB-1

Gəncə sakinini bıçaqlayan şəxsin kimliyi müəyyən edilib - YENİLƏNİB-1
# 17 noyabr 2023 09:55 (UTC +04:00)

Gəncə sakinini bıçaqlayan şəxsin kimliyi müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov APA-nın yerli bürosuna verdiyi məlumata görə, Samux Rayon Polis Şöbəsinə rayon ərazisində yerləşən şadlıq saraylarının birində Gəncə şəhər sakini 1992-ci il təvəllüdlü Fazil Əhmədovun kəsici-deşici alətlə qarın nahiyəsinin kəsilmiş-deşilmiş yarası alaraq xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.

Samux Rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirib. İlkin araşdırmalar nəticəsində vətəndaşa şəxsi münasibətlər zəminində mübahisə edərək xəsarət yetirən şəxsin 1991-ci il təvəllüdlü Gəncə şəhər sakini Fərhad Rəcəbov olması müəyyən edilib. Hazırda cinayəti törətməkdə şübhəli bilinən şəxsin yerinin müəyyən edilməsi istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir

***

22:19

Samuxda toyda bıçaqlan şəxsin kimliyi məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə, bıçaqlan Gəncə şəhər sakini 1992-ci il təvəllüdlü Fazil Əhmədovdur.

***

21.49

Samuxda bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun İnstitut qəsəbəsində yaxınlığında qeydə alınıb.

Belə ki,orta yaşlı kişi bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. O, əməliyyat edilib,vəziəyyininn kafi olduğu bildirilir.

Məlumata görə həmin şəxs şadlıq sarayların birində bıçaqlanıb. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR