Gəncədə 48 yaşlı kişi dərman içərək intihar edib

Gəncədə 48 yaşlı kişi dərman içərək intihar edib
# 06 fevral 2022 13:16 (UTC +04:00)

Gəncədə 48 yaşlı kişi dərman içərək intihar edib.

APA-nın yerli bürosunun məlumatına görə, 1975-ci il təvəllüdlü Hacıyev Kazım Yavuz oğlu ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Müayinə zamanı onun dərman içərək özünü zəhərləməsi diaqnozu qoyulub. Həkimlərin müdaxiləsinə baxmayaraq, 48 yaşlı K.Hacıyev xəstəxanada dünyasını dəyişib. Onun meyiti Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə aparılıb, müayinə olunduqdan sonra ailəsinə təhvil veriləcək.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR