Bank Of Baku

Gəncədə Cihazqayırma zavodunda yanğın söndürülüb - YENİLƏNİB-1 - FOTO

Gəncədə Cihazqayırma zavodunda yanğın söndürülüb - YENİLƏNİB-1  - FOTO
# 23 noyabr 2023 19:21 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Gəncə şəhəri, Vəli Xuluflu küçəsində Gəncə Cihazqayırma Zavodunun ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-dən APA-ya verilən məlumata görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yağ çəlləklərində baş vermiş yanğın yanğından mühafizə bölmələri tərəfindən qısa müddətdə söndürülüb.

***

18:49

Gəncədə Cihazqayırma zavodunda yanğın söndürülüb.

APA-nın xəbərinə görə, yanğın zamanı zovudun həyətinə yığılan yağların yandığı bildirilir.

***

18.31

Gəncədə yanğın hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Vəli Xuluflu küçəsində qeydə alınıb. Orada yerləşən Cihazqayırma zavodunda anidən yanğın başlayıb.

Hadisə yerinə FHN-in yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR