Bank Of Baku

Gəncədə itkin düşən 17 yaşlı oğlan tapılıb - YENİLƏNİB

Gəncədə itkin düşən 17 yaşlı oğlan tapılıb - YENİLƏNİB
# 01 noyabr 2023 11:20 (UTC +04:00)

Gəncədə itkin düşən 17 yaşlı oğlan tapılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov APA-nın qərb bürosuna bildirib ki, Gəncə Şəhər Baş Polis İdarəsinin 4-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri axtarış tədbirləri nəticəsində şəxsin yeri müəyyən olunaraq ailəsinə təhvil verilib.

***

10.09

Gəncədə 17 yaşlı oğlan itkin düşüb.

APA xəbər verir ki, 2006-cı il təvəllüdlü Süleymanov Xaliqverdi Romeş oğlu oktyabrın 30-u, saat 01 radələrində, Gəncə Beynəlxalq Avtovağzalından naməlum istiqamətdə gedərək itkin düşüb.

Hazırda Süleymanov Xaliqverdi Romeş oğlunuun tapılması istiqamətində zəruri tədbirlər görülür.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR