Bank Of Baku

Gəncədə itkin düşən məktəbli qız tapılıb - YENİLƏNİB

Gəncədə itkin düşən məktəbli qız tapılıb - YENİLƏNİB
# 03 noyabr 2023 11:05 (UTC +04:00)

Gəncədə itkin düşən məktəbli qız tapılıb.

DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov APA-ya bildirib ki, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri axtarış tədbirləri nəticəsində itkin düşən Gəncə sakini 2007-ci il təvəllüdlü Nurcan Eyyubova yeri müəyyən olunaraq ailəsinə təhvil verilib. Qazaxda itkin düşən 3 saylı məktəbin şagirdi, 2010-cu il təvəllüdlü Gülxanım Hüseynovanın axtarışları isə davam edir.

***

09.19

Qazaxda və Gəncədə məktəbli qızlar itkin düşüb.

APA xəbər verir ki, Qazaxda 3 saylı məktəbin şagirdi, 2010-cu il təvəllüdlü Gülxanım Hüseynova ötən gün məktəbdən başı ağrıdığı üçün evə getmək adı ilə çıxıb naməlum istiqamətə gedərək itkin düşüb.

Bundan başqa, Gəncədə 2007-ci il təvəllüdlü Nurcan Eyyubova yaşadığı evdən çıxaraq itkin düşüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR