Goranboyda ağır yol qəzası baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Veyisli kəndində qeydə alınıb. Hərəkətdə olan iki avtomobilin toqquşması nəticəsində 1976-cı il təvəllüdlü Ruhiyyə Allahverdiyeva hadisə yerində ölüb. Bir neçə nəfərin xəsarət aldığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.