Bank Of Baku

Göyçayda qanunsuz 12 ov tüfəngi götürülüb

Göyçayda qanunsuz 12 ov tüfəngi götürülüb
# 01 noyabr 2023 17:55 (UTC +04:00)

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində tədbirlər keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, müvafiq icazələri olmayan şəxslər tərəfindən mülki silahın saxlanılması, daşınması və satılması hallarının qarşısının alınması məqsədilə cari il ərzində keçirilən tədbirlər zamanı rayon sakinlərindən ümumilikdə 12 ədəd müxtəlif markalı ov tüfəngləri aşkarlanaraq götürülüb.
Bu istiqamətdə tədbirlər davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR