Bank Of Baku

İmişlidə orta məktəbdə mənimsəmə ilə bağlı cinayət işi açılıb

İmişlidə orta məktəbdə mənimsəmə ilə bağlı cinayət işi açılıb
# 07 noyabr 2023 17:35 (UTC +04:00)

İmişli rayon Sarıxanlı kənd 1 saylı tam orta məktəbində baş verən qanunsuzluqlarla bağlı vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Baş Prokurorluqdan APA-ya verilən məlumata görə, araşdırmalarla qeyd olunan məktəbin vəzifəli şəxsləri tərəfindən xeyli miqdarda dövlət əmlakının mənimsənilməsi, vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi və rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edilməklə vəzifə saxtakarlığı edilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı İmişli rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3, 179.2.4, (qulluq mövqeyindən istifadə edilməklə, təkrar və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) 308.1 (vəzifə səlahiyyətlərindən süi-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR