Bank Of Baku

İsmayıllıda qəza zamanı beşi hindistanlı olmaqla altı nəfər xəsarət alıb - YENİLƏNİB

İsmayıllıda qəza zamanı beşi hindistanlı olmaqla altı nəfər xəsarət alıb - YENİLƏNİB
# 23 noyabr 2023 23:05 (UTC +04:00)

İsmayıllıda baş verən qəzanın bəzi təfərrüatı məlum olub.

APA-nın Şirvan bürosu xəbər verir ki, "Mercedes Vito" markalı mikroavtobus idarəetməni itirərək yoldan çıxıb.

Xəsarət alanlardan biri (sürücü) Azərbaycan vətəndaşıdır.

Digər 5 nəfər isə Hindistan vətəndaşıdır.

***

Saat 22:12

İsmayıllıda ağır yol qəzası baş verib.

APA-nın Şirvan bürosu xəbər verir ki, hadisə İsmayıllının Tircan ərazisində baş verib.

Qəza nəticəsində Hindistan əsilli 6 vətəndaş ağır dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Onlardan ikisinin vəziyyəti ağırdır.

DİN-in Şəki regional qrupundan bildirib ki, əraziyə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR