Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunda yanğın olub.
APA xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Böyükdüz kəndində ümumi sahəsi 400 hektar olan biçilmiş taxıl sahəsinin 5 hektarı yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.