Bank Of Baku

Lənkəran sakinindən 1 kq heroin götürülüb

Lənkəran sakinindən 1 kq heroin götürülüb
# 02 noyabr 2023 11:20 (UTC +04:00)

Mehdiabadda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxsdə 1 kiloqramdan artıq heroin aşkar edilib.

DİN-dən APA-ya verilən xəbərə görə, Abşeron Rayon Polis İdarəsi Mehdiabad Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində 1970-ci il təvəllüdlü, əvvəllər də narkotiklərlə bağlı cinayətlərə görə məhkum olunmuş Lənkəran şəhər sakini Məmmədov Tərlan Bahadır oğlu saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman 1 kiloqramdan artıq narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.
Faktla bağlı Abşeron RPİ-də araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR