Bank Of Baku

Lənkəranda avtomobillə motosiklet toqquşub, ölən var

Lənkəranda avtomobillə motosiklet toqquşub, ölən var
# 22 noyabr 2023 10:50 (UTC +04:00)

Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə səhər saatlarında köhnə Ələt-Astara magistralında, Lənkəran rayonunun Hirkan qəsəbəsi ərazisində qeydə alınıb. Hərəkətdə olan "KİA" markalı nəqliyyat vasitəsi, Lənkəran rayonunun Mamusta kənd sakini, 1992-ci il təvəllüdlü Cümşüd Faiq oğlu Faiqzadənin idarə etdiyi motosikletlə toqquşub. Nəticədə motosiklet sürücüsü ağır bədən xəsarətləri alıb. Əraziyə çağırılan təcili tibbi yardım avtomobili ilə yaralı Lənkəran rayon mərkəzi xəstəxanasına aparılıb. C.Faiqzadə yolda ölüb.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR