Bank Of Baku

“Lufthansa”nın təyyarəsi Bakıya təcili eniş edib

“Lufthansa”nın təyyarəsi Bakıya təcili eniş edib
# 05 noyabr 2023 21:22 (UTC +04:00)

Lufthansa aviaşirkətinə məxsus Münhen-Tokio reysini həyata keçirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.

Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən APA-ya bildirilib ki, buna təyyarədə olan sərnişinin səhhətinin qəfil pisləşməsi səbəb olub.

Airbus A350 tipli hava gəmisi yerli vaxtla saat 19:29-da Bakı hava limanına enib.

Sərnişinə tibbi yardım göstərilib və onun Bakıdakı klinikalardan birinə yerləşdirilməsinə qərar verilib.

Təyyarə saat 21:02-də Bakıdan Tokioya yola düşüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR