Quldurluq etməkdə təqsirləndirilənlər şəxslərin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm elan edilib.
Hökmə əsasən, Yadigar Məmmədov 8 il, Elnur Əliyev 8 il 6 ay, Mehman Əzizov 8 il və Ceyhun Zeynalova 8 il müddətinə azadlıqdan məhrum ediliblər.
Qeyd edək ki, hadisə 2021-ci ilin noyabrında paytaxtın Sabunçu rayonunda qeydə alınıb. Təqsirləndirilən şəxslər Anar Zairova bıçaq zərbəsi endirirək üstündə olan 10 min manat pulu götürüblər. Zərərçəkmiş şəxs 10 min manatı avtomobil almaq üçün maşın bazarına gedirmiş. Daha sonra Y.Məmmədov, E.Əliyev, M.Əzizov və C.Zeynalov hüquq mühafizə orqanlarının keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində saxlanılıb.
Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 181.2.1-ci (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.