Hacıqabulda yol-nəqliyyat hadisəsi zamanı sürücü yaralanıb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Atbulaq kəndi ərazisində qeydə alınıb.
Tovuz rayonunun Əlibəyli kənd sakini, 1994-ci il təvəllüdlü Quliyev Pərvin Əlövsət oğlu idarə etdiyi “Mercedes Vito” markalı avtomobili arxadan “KamAZ” markalı yük avtomobilinə çırpıb.
Nəticədə sürücü müxtəlif xəsarətlərlə Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.