Bank Of Baku

Naftalanda piyadanın ölümünə səbəb olaraq qaçan sürücü saxlanılıb

Naftalanda piyadanın ölümünə səbəb olaraq qaçan sürücü saxlanılıb
# 14 noyabr 2023 10:22 (UTC +04:00)

Naftalanda piyadanın ölümünə səbəb olan sürücü saxlanılıb.

DİN-dən APA-ya verilən məlumata görə, Naftalan Şəhər Polis Şöbəsinə 1981-ci il təvəllüdlü S. İmaninin naməlum avtomobil tərəfindən vurulması, piyadanın aldığı xəsarətlərdən hadisə yerində ölməsi ilə bağlı məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri qəzanı törədərək hadisə yerindən qaçan sürücü saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, Naftalan şəhər sakini, M. Hüseynov tanışına məxsus avtomobil ilə yol-nəqliyyat hadisəsi törətdikdən sonra hadisə yerindən qaçdıqdan sonra avtomobili təmir edərək cinayət izlərini itirməyə çalışıb.

Faktla bağlı Naftalan ŞPŞ-də araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR