Bank Of Baku

Polis vətəndaşlardan 3 qumbaranı təhvil götürüb

Polis vətəndaşlardan 3 qumbaranı təhvil götürüb
# 08 noyabr 2023 15:34 (UTC +04:00)

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi və tapılması ilə bağlı profilaktiki tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyindən APA-ya verilən xəbərə görə, noyabrın 7-də polis əməkdaşları tərəfindən paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 5 ov tüfəngi, 3 qumbara, 12 ədəd müxtəlif çaplı patron və güllə atmaq üçün nəzərdə tutulmuş kustar üsulla hazırlanan əşya təhvil götürülüb, həmçinin, 3 ov tüfənginin tapılması təmin edilib.

Keçirilən əməliyyat-axtarış tədbirləri ilə 5 vətəndaşdan 6 ov tüfəngi aşkar edilərək götürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR