Bank Of Baku

Qazaxda qəza olub, biri azyaşlı olmaqla altı nəfər xəsarət alıb

Qazaxda qəza olub, biri azyaşlı olmaqla altı nəfər xəsarət alıb
# 21 noyabr 2023 21:55 (UTC +04:00)

Qazaxda yol-nəqliyyat hadisəsi baş verib.

APA- nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Çaylı kəndində qeydə alınıb.

Hərəkətdə olan minik maşını "VAZ " markalı maşına çırpılıb.

Qəza zamanı 1958-ci il təvəllüdlü İlhamə Xamuyeva, 1989-cu il təvəllüdlü Rövşən Nuruyev, 1995-ci il təvəllüdlü Şəhanə Bənnayeva, 1993-cü il təvəllüldü Elman Tağıyev, Coşqun Rəhimov və 2022-ci il təvəllüdlü Rəsul Nuruyev xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Yaralıların vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR