Bank Of Baku

Qubada narkotiklə bağlı 16 nəfər saxlanılıb

Qubada narkotiklə bağlı 16 nəfər saxlanılıb
# 07 noyabr 2023 10:32 (UTC +04:00)

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən son 1 ay ərzində rayon ərazisində keçirilən əməliyyatlar zamanı narkotik vasitələrin əldə edilməsi, daşınması, qanunsuz dövriyyəsi, satışı və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olan ümumilikdə 16 nəfər saxlanılıb.

Bu barədə APA-ya DİN-in Mətbuat xidmətinin Quba regional qrupundan məlumat verilib.

Qanunsuz dövriyyədən ümumilikdə 5 kiloqram marixuana, 100 qrama yaxın heroin, 5 qram metamfetamin və 15 qram tiryək çıxarılıb.

Bütün faktlarla bağlı Quba Rayon Polis Şöbəsində müvafiq araşdırmalar aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR