Bank Of Baku

Şabranda avtomobilin vurduğu piyada ölüb

Şabranda avtomobilin vurduğu piyada ölüb
# 22 noyabr 2023 22:07 (UTC +04:00)

Bakı-Quba yolunun Şabran rayonunun Günəşli kəndi ərazisindən keçən hissəsində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Şimal bürosu xəbər verir ki, yolu keçmək istəyən Şabran rayon sakini Elnur Zeynalovu yük avtomobili vurub. Nəticədə o, aldığı xəsarətlərdən dünyasını dəyişib.

Məlum olub ki, hadisəni İskəndər Məlikov idarə etdiyi “Howo” markalı yük avtomobili ilə törədib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR