Bank Of Baku

Şabranda sexdə təkər partlayıb, usta ölüb - FOTO

Şabranda sexdə təkər partlayıb, usta ölüb - FOTO
# 22 noyabr 2023 09:58 (UTC +04:00)

Şabranda təkər təmiri sexində usta bədbəxt hadisə nəticəsində ölüb.

Bu barədə APA-ya Baş Prokurorluqdan bildirilib.

Qeyd edilib ki, Şabran rayonu Dəvəçi kəndi ərazisində yerləşən təkər təmiri sexindı işləyən 1999-cu il təvəllüdlü Rəfail Əzimov təmir işi görərkən təkərin partlaması nəticəsində almış olduğu xəsarətlərdən ölüb.

"Faktla bağlı Şabran rayon prokurorluğunda araşdırma aparılır”, - məlumatda deyilir.

APA-nın şimal bürosunun xəbərinə görə, bədbəxt hadisə nətəcəsində həlak olan 24 yaşlı Rəfail Əzimov Vətən müharibəsinin iştirakçısı olub.

Rəfail Əzimov “Shacman” markalı yük avtomobilinin təkərini təmir edərkən təkər partlayıb. Nəticədə o, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR